2 İyul 2015 01:24
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisi bu gün İŞİD terror qruplaşmasının 7 ehtimal edilən silahlısının saxlanılması üzrə xüsusi əməliyyat keçirib. APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, əməliyyat İzmir, İsparta və Ərzurum əyalətlərini əhatə edib.

Əməliyyatın keçirilməsinə səbəb polisin İŞİD silahlılarının Suriyadan Türkiyəyə qayıtması barədə operativ məlumat əldə etməsi olub.

Məlumata görə, saxlanılan şəxslərdən iki tapança, İŞİD-ə məxsus bayraqlar və radikal məzmunlu ədəbiyyat götürülüb.


Müəllif: