2 İyul 2015 10:02
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Odessa şəhərinin Jukovskovo küçəsindəki restoranlardan biri partladılıb.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verdiyindən restoranda heç kim olmayıb. Restoran sahibi İrina Angelova bu hadisənin ilk olmadığını bildirib. Bu ilin fevralında da restoranda bomba aşkar edilib və hadisə yerinə çağırılaş mütəxəssislər partlayıcını zərərsizləşdirə biliblər.

Angelova siyasi baxışlarına görə bir neçə dəfə tətdidlərə məruz qalıb.

Hadisə zamanı restorana ciddi ziyan dəyib. Faktla bağlı araşdırmalara başlanıb.

Samir


Müəllif: