3 İyul 2015 00:42
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranla nüvə proqramı ilə bağlı Vyanada 6 gündür davam edən müzakirələrdə razılığa gələ bilməmişik”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İngiltərə xarici işlər naziri Filip Hammond amerikalı həmkarı Con Kerri ilə görüşündən əvvəl verdiyi açıqlamada deyib. Onun sözlərinə görə, işlər davam edir və yaxın günlərdə razılaşmanın əldə edilməsinə ümid var.

Fransa xarici işlər naziri Loran Fabius da ingiltərəli həmkarının sözlərini təsdiq edib.

İran Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif isə “Razılıq əldə olunacağına inanırsınızmı?” sualına “Ümidli olmaq məcburiyyətindəyəm” cavabını verib.

Samir


Müəllif: