3 İyul 2015 10:54
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polis Pakistanda xristian cütlüyü müsəlmanların hücumundan xilas edib. Hadisə iyulun 2-də baş verib. Həmin xristianlar guya küfrə yol verdiklərinə görə hücuma məruz qalıb.

İnsident Puncab vilayətinin Makki kəndində baş verib. Polisin müdaxiləsi belə hallarda görünməmiş davranışdır. Daha öncə hətta təsdiqlənməmiş küfr söhbətlərinə görə ölüm hadisələri baş verib.

Yerli polis rəsmisinin sözlərinə görə, savadsız cütlük köhnə bir reklam örtüyünün üstündə yatırmış. Həmin örtükdə müxtəlif kolleclərin şüarları yazılıb.

Şüarlar içində Qurandan bəzi kəlamlar da olub. Ruhanilər cütlüyü İslamı təhqir etməkdə ittiham edib, kütlə də xristianları sürüməyə, ölümcül döyməyə başlayıb.

Polis vaxtında müdaxilə edib, ruhani həbs olunub. Xristianlar Lahorda xristian icmasına təhvil verilib.


Müəllif: