3 İyul 2015 11:11
343

Fransanın “Palyuel” Atom Elektrik Stansiyasında güclü yanğın baş verib.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hadisə yerində dərhal 17 yanğınsöndürən maşın cəlb edilib. Ancaq 6 saatdır davam edən yanğının qarşısını tam almaq mümkün olmayıb.

Rəsmilər hadisə baş verən sexin təmirdə olduğunu bildiriblər. Yanğın zamanı stansiyanın bütün işçiləri təxliyyə olunub.

Samir


Müəllif: