3 İyul 2015 14:43
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada müxtəlif vaxtlarda yenicə dünyaya gətirdiyi 8 körpəsini boğaraq öldürən 51 yaşlı Dominiki Kotrez 9 illik həbs cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, istintaq 2010-cü ildə uşaqlarını öldürdüyünü etiraf edən anaya 18 il həbs cəzası istəsə də, Kotrezin vəkili müdafiə etdiyi şəxsin psixi cəhətdən normal olmadığını irəli sürüb.

Kotrez isə ikinci istintaq vaxtı bəzi etiraflar edib. Məlum olub ki, Kotrez 8 yaşı olarkən atası tərəfindən bir neçə dəfə zorlanıb. Bu hal Kotrez evləndikdən sonra da davam edib. Ancaq bu dəfə qadın bunu öz istəyi ilə edib. Kotrez verdiyi açıqlamada uşaqların atasından olduğunu və buna görə də onları öldürdüyünü bildirib. Ancaq tibbi ekspertiza zamanı uşaqların atasının Kotrezin əri olduğu təsdiqlənib.

Kotrez kiçik yaşlarından çox kök olduğunu və bunun üçün də yaxınlarının onun hamiləliyindən xəbər tutmadığını deyib. O, iki uşağını atasının evinin bağçasında, qalanlarını isə öz evinin həyətində basdırdığını etiraf edib.

Elvin


Müəllif: