4 İyul 2015 09:53
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afinada fəaliyyət göstərən “Veneti” çörək zavodları şəbəkəsi 3 iyuldan əhalinin yoxsul təbəqəsi üçün pulsuz çörək paylamağa başlayacaq.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, pulsuz çörəyi təqaüdçülər, işsiz statusu alanlar və çoxuşaqlı ailələr ala biləcək.


Şəbəkənin bəyanatında deyilir ki, “Veneti” ölkə üçün çətin bir dövrdə həmyerlilərinə yardım etmək istəyir. Şəbəkənin nümayəndələri qeyd ediblər ki, aksiya ən əhəmiyyətli məhsulun yunan süfrələrindən yoxa çıxmaması üçün keçirilir.


Qeyd edək ki, 30 iyunda beynəlxalq kreditorlar (Beynəlxalq Valyuta Fondu, Avropa Komissiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı) Yunanıstana yardım proqramının icrasını dayandırıb. Nəticədə Yunanıstanda bankların işi dayandırılıb və məhdudiyyətlər daxil edilib. İnsanlar gün ərzində bankomatlardan 60 avrodan yuxarı çıxara bilmirlər.


Müəllif: