4 İyul 2015 13:35
1 847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə şizofreniya xəstəsi olduğu güman edilən şəxs anasının boğazını kəsərək öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə saat gecə 03.30 radələrində beş verib.

73 yaşlı Aysel D. ilə 46 yaşlı oğlu İbrahim arasında istintaqa məlum olmayan səbəbdən mübahisə yaranıb. Anasını döyən İbrahim bıçaqla onun boğazını kəsib və evi tərk edib.

Qonşuların çağırışı ilə hadisə yerinə polis gəlib. Qadının öldüyü müəyyən edilib.

İbrahim evin yaxınlığında gəzərkən saxlanılıb. Xəstəxanaya gətirilərək müayinə olunan İbrahimin danışmaqda çətinlik çəkdiyi müşahidə edilib. Jurnalistlərin "Ananızı niyə öldürmüsünüz" sualına "Həbləri atdım. Həzrət İsa dedi. Sən də o zaman İblissən dedim" şəklində cavab verib.

Polisə verdiyi ifadəsində o, anasının yenidən onu şizofreniyadan müalicə alması üçün xəstəxanaya göndərmək istədiyini deyib. Bundan sonra mübahisə yaranıb. O, "xəstəxanada yatmağın yerinə həbsxanada yataram" deyərək anasının boğazını bıçaqla kəsdiyini deyib.

Rüstəm


Müəllif: