4 İyul 2015 14:17
1 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Baqramyan prospektinə toplaşan etirazçılar təxribat təşkil etməyə hazırlaşır”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat katibi Aşot Aqaronyan məlumat verib.

Onun sözlərinə görə, dünən gecədən etibarən bəzi aksiyaçıların yeni qərarlar qəbul etməsi ilə bağlı məlumat verilib: “Bizdə olan məlumata görə, aksiyaçılar prospektdə çadır qurmağa və başqa küçələri də bağlamağa çalışırlar. Onlar polisin fəaliyyətsizliyindən istifadə edib, vəziyyəti gərginləşdirməyə çalışırlar. Ancaq polis buna imkan verməyəcək”.

Qeyd edək ki, iyulun 19-dan etibarən Ermənsitanın müxtəlif bölgələrində enerji tariflərinin bahalaşmasına qarşı aksiyalar təşkil olunur.

Samir


Müəllif: