4 İyul 2015 22:07
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minlərlə adam Çexiyanın baş naziri Boquslav Sobotkaya və daxili işlər naziri Milan Xovanetsə açıq məktubu imzalayıb.

Teleqraf.com-un xəbərinə görə, məktubun müəllifləri ölkənin aparıcı siyasətçilərini Çexiyada irqçiliyin və ksenofobiyanın geniş vüsət almasına yol verməməyə çağırırlar. Məqsəd Çexiya cəmiyyətinin Afrika və Yaxın Şərq ölkələrindən olan qaçqınların taleyinə laqeyd olmadığını göstərməkdir. Müxalifətçi partiyalardan olan 12 senator da belə təşəbbüslə çıxış edib.

Bu günlərdə M.Xovanets artıq polisi irqi və ya dini ədavət təzahürlərini xüsusi diqqətlə izləməyə çağırıb.


Müəllif: