4 İyul 2015 23:40
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlində rəsmi səfərdə olan Çexiya xarici işlər naziri Lubomir Zaoralek alman həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb. Hər iki siyasətçi bir sıra mühüm problemləri, o cümlədən Yaxın Şərq və Afrika ölkələrindən qaçqınların qeyri-leqal yolla Avropaya axını ilə əlaqədar məsələləri müzakirə ediblər.

Siyasətçilər həmçinin çex-alman strateji dialoqu barədə bəyannamə imzalayıblar. Çexiya və Almaniya elm və mədəniyyət sahəsində, habelə xarici siyasət, təhlükəsizlik, səhiyyə və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində daha sıx əməkdaşlıq etmək niyyətindədirlər.


Müəllif: