5 İyul 2015 00:20
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağıstanda ötən ilin payızında terror əməliyyatı hazırlayan Kizilyurd bandası adlandırılan qruplaşmanın iki fəal üzvü öldürülüb. Bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, xüsusi xidmət orqanlarına Kizilyurd rayonunun meşə massivində yaraqlıların yay bazasının yerləşdiyi barədə məlumat daxil olub. Meşədə axtarış zamanı xüsusi təyinatlı dəstə avtomat silahlardan atəşə tutulub. Təxminən bir sutka sürən atışma zamanı iki yaraqlı öldürülüb.

Qarşı tərəf də itkisiz ötüşməyib. Xüsusi təyinatlı dəstənin bir döyüşçüsü həlak olub.


Müəllif: