5 İyul 2015 09:22
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın paytaxtı Bağdadda minalanmış avtomobillərin partladılması nəticəsində 11 nəfər ölüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışlardan biri şiələrin yaşadığı Amil məhəlləsində törədilib. Nəticədə 8 nəfər ölüb, 27 nəfər yaralanıb.

Avtobuslar üçün nəzərdə tutulan dayanacaqda törədilən partlayış isə 3 nəfərin həyatına son qoyub.

Hələ ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.


Müəllif: