5 İyul 2015 09:35
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili iki milis zabitinin rüşvət alarkən tutulduğunu bəyan edib. Musavat.com-un məlumatına görə, bu barədə Saakaşvili özünün facebook səhifəsində yazıb. Onun sözlərinə görə, saxlanılan zaman hətta atəş açmaq lazım gəlib.

“Kimlər ki, hələ başa düşməyib bilsinlər ki, biz hər gün və bütün sutka ərzində rüşvətxorların ovuna çıxacağıq” – xəbərdarlıq edib qubernator.

Az öncə Mixail Saakaşvili məmurların fəaliyyətinə nəzarət üçün İctimai Komitə yaradılacağını bildirmişdi.


Müəllif: