5 İyul 2015 15:41
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya qoşunları müttəfiq Hizbullah qüvvələri ilə birgə, üsyançıların nəzarət etdiyi Zabadani şəhərinə hücum təşkil edib.

Publika.az Sputnik agentliyinə istinadən xəbər verir ki, paytaxt Dəməşq şəhərindən 25 kilometr şimal-qərbdə yerləşən Zabadani bu bölgədə üsyançıların nəzarəti altında olan sonuncu əhəmiyyətli şəhər idi.

Bu şəhər həm də Dəməşq və Beyrutu birləşdirən magistrala yaxın strateji əhəmiyyət daşıyırdı. Sakinlərin şəhəri tərk etdiyi bildirilir.

Zabadani uğrunda döyüşlərlə bağlı xəbərlər cümə axşamı və cümə günü Hələb şəhərində baş vermiş qarşıdurmanın ardından gəlib.

Suriyada son dörd ildə 230 mindən çox insanın həlak olduğu bildirilir. 11,5 milyon insanın isə evlərindən didərgin düşdüyü deyilir.


Müəllif: