6 İyul 2015 14:43
728

Xəbər verdiyimiz kimi, İrəvan polisi Baqramyan prospektindəki etirazçıları dağıtmağa başlayıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu zaman polislə nümayişçilər arasında toqquşmalar yaşanıb. Onlarla fəalın saxlanıldığı bildirilib. Şəhər polisindən verilən məlumata görə, artıq prospektdə hərəkət bərpa edilib.

Hazırda Baqramyanda 200 polis və “OMON”-çu var.

14:34

İrəvan polisi ölkənin mərkəzindəki Baqramyan prospektində barrikadaları dağıtmağa başlayıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, hazırda “OMON” dəstələri barikadaların qarşısına düzülüb.

İrəvan polis rəisinin müavini Valeri Osipyanın etirazçılara barikadaları yığışdırmaq üçün verdiyi vaxt başa çatıb. Polis yerli vaxtla 12:30-dan etibarən zibil qutularının yığışdırılması prosesinə start verib.

Bu arada barikadaların dağılmasını onlarla etirazçı izləyir. Onlar vətənpərvər mahnılar oxuyur və şüarlarını səsləndirirlər. Hələlik etirazçılarla polis arasında toqquşma qeydə alınmayıb

Qeyd edək ki, Ermənistanda enerji tariflərinin bahalaşmasına qarşı ölkənin müxtəlif yerlərində aksiyalar təşkil edilir.

Samir


Müəllif: