6 İyul 2015 23:52

Havaların kəskin isti keçməsi Almaniyada ciddi problemlər yaradıb. Bavariya federal əyalətində havanın hərarəti +40,3 dərəcəyədək yüksəlib ki, bu da Mərkəzi Avropa tarixində ən yüksək temperaturdur. Avropada ən isti yay 1983-cü və 2003-cü illərə təsadüf edib və həmin vaxtlar temperatur +39-40 dərəcədən artıq olmayıb. Anomal Afrika siklonundan insanlarla yanaşı, heyvanlar da əziyyət çəkirlər.

Baden-Vürtemberq federal əyalət nəqliyyat departamentinin məlumatına görə, istilər mərkəzi avtobanların beton örtüyünü sıradan çıxarıb. Bu səbəbdən bir çox yollarda təhlükəsizliyi təmin etmək üçün bütün avtomobillərə saatda maksimum 80 kilometr hərəkət sürəti tətbiq edilib.

Qaynar istilərdə sərinlənmək üçün həftə sonları dəniz, göl, çay və açıq hovuzlara üz tutan almaniyalılar ölüm təhlükəsi ilə üz-üzə qalıblar. Artıq Münxen, Zigen, Aahen, Brandenburq və Hamburq şəhərlərində 10 nəfərədək insan boğulub. Ölüm hallarının artacağı istisna edilmir.

Əyalət rəhbərlikləri tərəfindən əhaliyə ciddi xəbərdarlıq edilərək yalnız xilasedicilərin olduğu çay və göllərdə çimmək tövsiyə edilib.


Müəllif:
Загрузка...