6 İyul 2015 21:55

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri Kərkükün cənubundakı könüllü kürd qüvvələrinin düşərgəsinə hücum edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, hücum zamanı 3 kürd ölüb, 10 nəfər isə xəsarət alıb. Rəsmilər döyüşlərdə İŞİD-in 100 döyüşçüsünün öldürüldüyünü bildiriblər.

Samir


Müəllif:
Загрузка...