6 İyul 2015 18:15

İraq Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi səhvən paytaxt Bağdaddakı yaşayış binasını bombardman edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 25-i isə xəsarə alıb.

Rəsmilər təyyarənin İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı hava hücumunda iştirak etdiyini və buraxdığı raketlərdən birinin səhvən yaşayış binasına yönəldiyini bildiriblər.

Samir


Müəllif:
Загрузка...