6 İyul 2015 20:33
295

İyulun 6-da Gürcüstanın paytaxtında, Tbilisi İdman Kompleksinin yanında hündürmərtəbəli binanın uçması nəticəsində 4 nəfər həlak olub, yaralananlar var.

Gürcüstan Fövqəladə Hallar Departamentinin əməkdaşı bildirib ki, binada əvvəllər Gürcüstan Riyazi Hesablama İnstitutu fəaliyyət göstərib. Tbilisi Biznes Mərkəzinin inşaatçıları binada yenidənqurma və təmir-bərpa işləri aparıblar. Lakin tikinti işləri zamanı təhlükəsizlik qaydalarına əməl olunmayıb və dördüncü mərtəbənin tavanı, eyni zamanda, üçüncü mərtəbənin divarları uçub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: