7 İyul 2015 21:17
239

Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (“Azİz”) baş direktoru Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfər edəcək.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb. Nümayəndə heyətini tərkibinə Afula şəhər merinin birinci müavini Mixael Barkan, Akko şəhər merinin birinci müavini Zaev Noyman, Absorbsiya Nazirliyinin Qafqaz icması ilə iş üzrə layihəsini rəhbəri Rauf Ağalarov, Arye Tal şəhərini meri Nirat Karmel, şəhər şurasının deputatı Aviran Mişiyev və “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tov daxildir. Qonaqların arasında israilli jurnalistlər və mədəniyyət xadimləri də var.

İsrail nümayəndə heyətinin səfər proqramında Bakının görməli yerləri ilə tanışılıqdan başqa, Mingəçevir, Gəncə, Şəki, Göy Göl və Qəbələyə səfərlər də nəzərdə tutulub. Nümayəndə heyəti həmçinin Afula və Mingəçevir şəhərlərinin qardaşlaşmasına dair müqavilənin imzalama mərasimində də iştirak edəcəklər.
Səfərin sonuncu günü İsrailin Peşəkar Rəssamlar İttifaqından Azərbaycanın Dövlət Rəsm Qalereyasına şəkil kolleksiyası hədiyyə edilməsi münasibətilə tədbir keçiriləcək.

Səxavət


Müəllif: