9 İyul 2015 11:18
1 872
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə tərəfindən Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına təqdim olunan layihəylə Srebrenitsa qətliamı qəbul edilməyib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Rusiyanın layihəyə veto qoyması olub.

Nyu-Yorkda müzakirə edilən təklifi şuranın 15 üzvündən 10-u dəstəkləyib, 4-ü bitərəf qalıb, Rusiya isə layihənin əleyhinə səs verib. Rusiya şuranın daimi üzvü olduğundan layihə qəbul edilməyib.

Qeyd edək ki, 1995-ci ildə baş verən Srebrenitsa qətliamı zamanı 8372 bosniyalı öldürülüb.

Samir


Müəllif: