9 İyul 2015 16:48
265

Ötən axşam London metrosunda başlayan tətil milyonlarla sakin və şəhər qonaqları üçün xeyli narahatlıq yaradıb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, yerli hakimiyyət orqanları tətilin nəticələrinin minimuma endirilməsi üçün əllərindən gələni edir, lakin cümə gününə kimi hərəkətdə mümkün fasilələrin olacağı ilə bağlı xəbərdarlıq edilib.

Bu tətil London metropolitençilərinin son illər ərzində keçirdiyi analoji aksiyalar arasında ən böyüyüdür. Hazırda yeraltı nəqliyyat vasitəsində hərəkət tamamilə dayandırılıb, milyonlarla sərnişin yerüstü nəqliyyat vasitələrinin xidmətinə üz tutmalı olub.

Yerli küçələrin xüsusiyyətinə, həmçinin marşrutlara əlavə avtobusların buraxılmasına görə Britaniya paytaxtında kilometrlərlə tıxaclar uzanır.

Adətən istifadə edilməyən velosipedlər də yollarda əlavə gərginliyə səbəb olub.

Xatırladaq ki, ötən gün İngiltərədə iş vaxtları və maaşa əlavələr məsələsində hökumətlə razılaşmayan metro işçiləri tətilə başlayıblar. Tətildə 20 min işçi iştirak edir.


Müəllif: