9 İyul 2015 22:16
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İranın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü ola bilər”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ufada keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, bunun üçün iranın Pakistan və Hindistan kimi təşkilata rəsmi müraciət etməsi vacibdir.

Lavrov İranın nüvə proqramı ilə bağlı danışıqlara da münasibət bildirib. O qeyd edib ki, bu danışıqlar böyük əhəmiyyət daşıyır və İran müzakirələrin sürətlənməsi üçün ciddi addımlar atmalıdır.

Samir


Müəllif: