10 İyul 2015 11:16
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

21,5 milyon nəfər amerikalının şəxsi məlumatları ələ keçirildi

ABŞ hökuməti müxtəlif qurumların kompyuter sistemlərinin dağıdılması nəticəsində hakerlərin 21,5 milyon nəfər amerikalının şəxsi məlumatlarını ələ keçirdiklərini açıqlayıb.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, bundan öncə ABŞ administrasiyası personalı üzrə İdarə 4 milyon nəfərin şəxsi məlumatlarının oğurlandığını açıqlamışdı.

Oğurlanan informasiyanın praktiki olaraq, bütün şəxsi məlumatlara aid olduğu bildirilir. Hakerlər amerikalıların göz rəngindən tutmuş alkoqol asılılığna, eləcə də narkotik alışqanlığından şəxsi maliyyə əməliyyatlarına qədər bütün məlumatlarını ələ keçiriblər.

ABŞ hökuməti bu məsələdə Çin hakerlərindən şübhələnir.

Nihad


Müəllif: