10 İyul 2015 20:18
219

Ukraynanın Xarkov şəhərində inkasator maşınına hücum olub.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Anton Qeraşenko öz Facebook hesabında məlumat verib. Onun sözlərinə görə, silahlı hücum zamanı 3 nəfər qətlə yetirilib. Təcavüzkarın əynində qara bronijilet və kaska olub.

Qeraşenko hücum nəticəsində 3 milyon qrivenin (140 min dollar) oğurlandığını və cinayətkarın tutulması uğrunda axtarışların başlandığını bildirib.

Samir


Müəllif: