11 İyul 2015 01:55

Yunanıstanın dövlət borcu ilə bağlı sərt mövqeyi ilə məşhur olan Almaniyanın maliyyə naziri Volfqanq Şoyble bu ölkənin hökuməti tərəfindən qəbul edilən böhran əleyhinə tədbirlərə nikbin yanaşmadığını bildirib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, almaniyalı nazir amerikalı həmkarının Afinanın borcuna yenidən baxılması barədə çağırışına çoxmənalı zarafatla cavab verib.

"Bu günlərdə mən dostum Cek Lyuya dedim ki, əgər ABŞ Yunanıstanı “dollar ittifaqı”na götürməyə hazır olsa, biz də Puerto-Rikonu avrozonaya qəbul edə bilərik. O isə mənim zarafat etdiyimi düşündü", - deyə Volfqanq Şoyble bildirib.

Qeyd edək ki, hazırda ABŞ valyutasından istifadə edən ada dövləti böhran keçirsə də, borcu Yunanıstanın borcundan xeyli azdır.


Müəllif:
Загрузка...