12 İyul 2015 00:43
292

Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu Yunanıstanın təklif etdiyi islahatlar planını dəstəkləyib.

APA-nın məlumatına görə, bu barədə “TASS” məlumat yayıb.

Məlumata görə, qeyd olunan qurumların Avroqrupa Yunanıstana üçüncü yardım proqramının hazırlanmasını tövsiyə edəcəyi gözlənilir.

“Qurumların apardığı təhlilə əsasən, Yunanıstanın planı kompromis üçün yaxşı əsasdır. Qeyd olunan qurumlar Avroqrupa Avropa Sabitləşdirilmə Mexanizminin vasitəsilə Yunanıstana yardım proqramını hazırlamağı tövsiyə edəcəklər”, deyə mənbə bildirib.

Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və BVF-in Yunanıstanın planı ilə bağlı rəyi artıq Avroqrupun prezidentinə təqdim edilib.


Müəllif: