12 İyul 2015 09:01
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın iqtisadiyyat naziri Georqos Statakis ölkədə kapital dövriyyəsinə tətbiq edilən məhdudiyyətlərin ən yaxşı halda daha iki ay qüvvədə qalacağını bəyan edib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” məlumat yayıb.

Nazirin sözlərinə görə, Yunanıstanın həftəsonu kreditorlardan maliyyə yardımının ayrılmasına nail ola biləcəyi təqdirdə banklar artıq gələn həftədən etibarən qapılarını əhaliyə aça biləcək. Lakin razılaşmaya nail olacağına baxmayaraq, vəsaitlərin nağdılaşdırılmasına və ölkədən çıxarılmasına tətbiq edilən məhdudiyyətlər hələlik qüvvədə qalacaq.


Qeyd edək ki, Yunanıstandan vəsaitlərin çıxarılmasının sürəti günə 100 mln avroya çatıb.


Müəllif: