12 İyul 2015 09:34
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran sərhədçiləri ölkənin şərqində yaxşı silahlanmış terrorçu dəstəsini zərərsizləşdirib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran Sərhəd Qoşunlarının komandanı general Qasım Rezayi bildirib.

Onun sözlərinə görə, zərərsizləşdirilmiş dəstə Mircavi şəhəri yaxınlığında sərhədi keçərək iranlı sərhədçilərə hücum edib. Generalın sözlərinə görə, dəstənin tərkibində döyüş aparmaq və terror aktları törətmək təcrübəsinə malik müxtəlif ölkələrdən olan muzdlular olub: “İki saatadək davam edən döyüş nəticəsində dəstə tamamilə məhv edilib, üç silahlı əsir götürülüb. Onlar hazırda dindirilir”

Məlumata görə, hadisə yerindən terrorçulara məxsus xeyli sayda atıcı silahlar, üç top qurğusu, fuqas tipli partlayıcı qurğular və işıq-səs qumbaraları götürülüb.

Rezayinin sözlərinə görə, silahlılar hakimiyyət nümayəndələrinə qarşı terror aktları, Zahedan, Kirman və Bam şəhərlərində partlayışlar törətməyi planlaşdırıbmış.


Müəllif: