13 İyul 2015 03:15
252

Polşada 150 nəfər sintetik dərmandan zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Zəhərlənənlər arasında bir neçə nəfərin vəziyyəti ağırdır. Zəhərlənmə hallarının əksəriyyəti Katovitse şəhərində baş verib.

Hökumət sözügedən dərmanı iyul ayının əvvəlində qadağan olunmuş preparatlar siyahısına daxil edib. Lakin indiyə kimi dərmanın satışı təşkil olunub.

Polis sintetik maddənin yayılmasında şübhəli bilinən 3 nəfəri saxlayıb.

Təqsirləri sübuta yetiriləcəyi təqdirdə onları 10 il azadlıqdan məhrumetmə cəzası gözləyir.


Müəllif: