13 İyul 2015 11:28
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İctimaiyyətin və xalq deputatlarının iştirakı ilə Mukaçevoda baş verənlərlə bağlı şəffaf araşdırma aparılmalıdır".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Vasiliy Qritsak açıqlama verib. Onun sözlərinə görə, daha çox qan tökülməsinə imkan verməmək lazımdır: "Ən vacibi budur. Problemi bütün tərəflərin mövqeyini nəzərə alaraq, həll etmək lazımdır. Hərbi əməliyyatların davam etdirilməsinə imkan verməyəcəyik".

Qritsak qeyd edib ki, “Sağ sektor” döyüşçüləri silahları təhvil verəcəyi təqdirdə ədalətli araşdırma aparılacağına tam zəmanət verir.

Xatırladaq ki, Mukaçevoda "Sağ sektor"un döyüşçüləri ilə polis və yerli biznes qurumları arasında silahlı qarşıdurma baş verib. Atışma zamanı qumbaraatan və avtomatlardan atəş açılıb. Müxtəlif məlumatlara görə, üç nəfər ölüb, 11 nəfər xəsarət alıb. Rəsmilər bu məlumatın araşdırıldığını bildiriblər. "Sağ sektor"un silahlıları meşədə gizlənməyə nail olublar. Onlar silahları bir şərtlə yerə qoyacaqlarını qeyd ediblər: "Silahları ancaq liderimiz Dmitri Yaroşun əmri ilə təhvil verəcəyik".

Yaroş dünən axşam saatlarında hadisə yerində olub, ancaq silahların təhvil verilməsi ilə bağlı heç bir əmr verməyib. Hazırda danışıqlar davam edir.

"Sağ sektor" Ukraynada radikal millətçi qruplar birliyidir. 2014-cü ilin yanvar və fevralında polislə toqquşamalar zamanı ölkənin şərqində inzibati binaları ələ keçirib.

Samir


Müəllif: