13 İyul 2015 11:51
819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın paytaxtı Tiflisdə futbol fanatları ilə polis arasında qarşıdurma baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə UEFA Superkubokuna bilet satışı zamanı baş verib. Məlumatlara görə, yüzlərlə şəxs kassaların qarşısında növbədə duran polislərin mühasirəsini yarmağa cəhd edib. Hadisə zamanı onlarla insan xəsarət alıb.

Qeyd edək ki, UEFA Superkuboku uğrunda "Barselona" və "Sevilya" klubları arasında görüş avqustun 11-i Boris Payçadze stadionunda keçiriləcək.

Samir


Müəllif: