14 İyul 2015 09:10

İraq ordusu İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı Ənbar əyalətində hücumlar təşkil edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, döyüşlərdə 59 terrorçu öldürülüb, onlarla İŞİD döyüşçüsü yaralanıb.

Hücumlar zamanı İraq ordusu Əl-Buşecel və Əş-Şehiyye bölgələrində nəzarəti təmin edib.

Bundan əlavə İŞİD-in nəzarətində olan Fəllucənin Əs-Secer bölgəsinin də azad edildiyi açıqlanıb.

Samir


Müəllif:
Загрузка...