14 İyul 2015 15:37
993

İran qarşıdakı 15 il ərzində uranı 3,67 %-dən artıq zəngiləşdirməyəcək.


Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu öhdəlik İranla “altılıq” ölkələri arasında əldə olunmuş müqavilədə yer alıb.


Bununla yanaşı Fordo obyektində uranın nə zənginləşdirilməsi, nə də elmi-tədqiqatı yönündə fəaliyyət həyata keçirilməyəcək. İrana həmçinin burada hər cür nüvə materiallarının saxlanması qadağan olunur.

Həmçinin razılaşmaya əsasən, danışıqlar bitdikdən dərhal sonra İranla bağlı yeni qətnamə BMT Təhlükəsizlik Şurasına təqdim ediləcək. Razılaşma sənədi BMT TŞ-da qəbul olunduqdan 90 gün sonra qüvvəyə minəcək.

Sənədə əsasən, İrana qarşı tətbiq edilən Avropa İttifaqının bank əməliyyatları və sığorta, eləcə də "SWIFT"-in ödəniş sistemi sahəsində sanksiyalar aradan qaldırılır.

İran yaxın 25 il ərzində Beynəlxalq Atom Enerjisi Agentliyini (MAGATE) ölkəsində uran konsentratını izləməyə icazə verəcək. İran növbəti 15 ildə işlənmiş yanacağı təbabət və radioizotopların istehsal sənayesində istifadə etməyi öhdəsinə götürüb.

Razılaşma Avropa İttifaqı ölkələrinə İrandan neft və qaz alıb-satma məhuddiyyətlərini aradan qaldırır. İran sanksiyalar yenidən bərpa ediləcəyi təqdirdə bu razılaşmadan imtina edə bilər. Eyni zamanda rəsmi Tehran 15 il müddətində ağır sularda yeni reaktorlar inşa etməyəcək və ağır sular ticarət üçün əlçatan olacaq.

Samir


Müəllif: