14 İyul 2015 17:41
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Vyanada İranla "altılıq" ölkələri arasında nüvə danışıqlarında əldə olunmuş razılaşmanı alqışlayır.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, dinc məqsədli nüvə enerjisi üçün İranla saziş çox vacib idi.

Putin bu razılaşmanın hərtərəfli maraqları özündə əks etdirdiyinə inandığını deyib. O, həmçinin qeyd edib ki, bu hadisə İranla Rusiya arasında əməkdaşlığın yüksək səviyyədə inkişafına təkan verəcək.

Samir


Müəllif: