14 İyul 2015 21:38

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Mosulda 104 qadını sünnət edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatlarda bu əmrin İŞİD lideri Əbubərk Əl Bağdadi tərəfindən verildiyi bildirilib.

İŞİD terrorçuları Mosulda 3 gənci başını kəsərək, edam edib. Buna səbəb gənclərin şəhəri mobil telefonun kamerası ilə lentə alması olub. Şəhərdə daha bir dəhşət isə Ramadi və Beyci şəhərlərindəki döyüşlərdən qaçan 41 terrorçunun edamı olub. Onlar xalqın gözü önündə güllələnib.

Samir


Müəllif:
Загрузка...