17 İyul 2015 01:23
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstan Avropa İttifaqına üzv olduğu on il ərzində 15 milyard avro həcmində maliyyə yardımı alıb. Vəsait ölkəyə konkret layihələrin həyata keçirilməsi üçün müxtəlif avrofondlardan köçürülüb. Bu informasiyanı yerli KİV-lər dərc edib.

Ekspert Milan Tot Avropa vəsaitinin gətirdiyi faydanı belə qiymətləndirib: “Aİ-dən alınmış vəsait sayəsində 137 min iş yeri yaradılıb, təqribən 3000 kilometrlik avtomobil yolları və dəmiryol dəhlizləri təmir olunub. Avropa dotasiyaları ölkənin tədqiqat və konstruktor potensialını gücləndirməyə kömək edib. 48 elmi-tədqiqat mərkəzi Brüsseldən yardım alıb”.


Müəllif: