17 İyul 2015 13:17
1 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obamanın ailəsi ilə birlikdə istirahət etdiyi yay iqamətgahı satışa çıxarılıb.

ANS PRESS-in xarici mətbuata istinədən verdiyi məlumata görə, villanın satış qiyməti 22,5 milyon dollardır.
Nəhəng villa prezident ailəsinin yay istirahəti üçün 2013-cü ildən icarəyə götürmüşdü.

Birləşmiş Ştatlar prezidenti bu villanı icarəyə götürərkən onu diqqətini çəkən ətrafındakı gözəl mənzərə olub.




Prezidentin yay istirahət evi


Ev Massaçusets ştatında yerləşən Martas-Vinyard adasındakı Çilmark şəhərində, səs-küydən uzaq bir yerdə yerləşir.
Satışa çıxarılmış bu ev 900 kvadratmetr sahəyə malikdir və dəniz səviyyəsindən 36 metr hündürlükdə yerləşir. Böyük panoram pəncərələrdən görünüş isə birbaşa Atlantik okeanına açılır.

2006-cı ildə tikilmiş evin sahəsi 600 kvadratmetr təşkil edir. Onun başlıca üstünlüyü şəxsi çimərliyə malik olmasıdır.
Atlantik okeanının sahilində şəxsi çimərlikdən başqa, kiçik körpü, qapalı hovuz, idman zalı, tennis kortu, basketbol meydançası və əlbəttə ki, avtomobillər üçün park yeri var.

Evdə altı yataq, altı vanna otağı, olduqca böyük mətbəx və zal var.


Mətbəx


Qonaq otağı


İstirahət otağı


Mənzərəni korlamaması üçün kondisionerlər divarlarda xüsusi olaraq açılmış dəliklərə yerləşdirilib.




Yay evinin çöldən görünüşü


Müəllif: