17 İyul 2015 18:47

Yunanıstanda iki həftədən çox bağlı qalan banklar artıq iyulun 20-sindən açılacaq.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, amma bankomatlardan gündəlik limit olaraq ancaq 60 avro çəkmək mümkün olacaq.

Qeyd edək ki, Yunanıstan Avropa Mərkəzi Bankının Təcili Likvidlik Dəstəyini sabit tutmaq və ölkədə maliyyə çöküşü yaratmamaq üçün 29 iyundan bu yana bankların qapılarını bağlayaraq, sərmayə planlarının tətbiqinə başlayıb. Avro zonanın maliyyə nazirləri "Yunanıstanı qurtarma paketi" adı altında rəsmi Afinaya 7 milyard avroluq kredit verilməsi razılığına gəliblər.

Samir


Müəllif:
Загрузка...