17 İyul 2015 16:43
3 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qanuni oğrular"ın növbəti yığıncağı Türkiyədə keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu dəfəki "sxodka"da 100-dən çox mafia başçısının iştirakı gözlənilir. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, "Şakro molodoy" ləqəbli "oğru" Zaxariy Kalaşov əvvəlcə görüşü bu ilin yayında Moskvada keçirməyi təklif edib. Ancaq polislərin buna Rusiyanın heç bir regionunda icazə verməyəcəyini açıqlaması səbəbindən o, görüşü təxirə salıb.

Bundan sonra Gela Kardava adlı "qanuni oğru" bu yığıncağı Türkiyədə keçirməyi təklif edib. "Şakro molodoy" bu fikri bəyənib və yayılan məlumatlara görə, görüşə çoxlu sayda mafia başçısı və "qanuni oğru" dəvət edilib.

Samir


Müəllif: