17 İyul 2015 21:00
261

Suriyada rejim qüvvələri Ramazan bayramının ilk günündə İdlib şəhərinə qanlı hücum təşkil ediblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 27 nəfər həyatını itirib, 50-dən çox dinc sakin yaralanıb. Ölənlər arasında azyaşlı uşaqların üstünlük təşkil etdiyi açıqlanıb.

Rəsmilər yaralıların vəziyyətinin ağır olması səbəbindən ölü sayının artacağını istisna etmir.

Samir


Müəllif: