17 İyul 2015 23:00

Səudiyyə Ərəbistanının paytaxtında polis yoxlama məntəqəsinə intihar hücumu baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə rəsmiləri 19 yaşlı şəxsin dünən axşam saatlarında Riyad şəhərinin cənubunda təhlükəsizlik işçiləri tərəfindən saxlanıldıqdan sonra avtomobilinə yerləşdirilmiş bombanı işə saldığını bildirib. Hücum zamanı 4 polis işçisi həyatını itirib.

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Samir


Müəllif:
Загрузка...