18 İyul 2015 08:55

Bişkekdə məhv edilmiş terrorçular Rusiyanın “Kant” aviabazasında partlayış törətməyi planlaşdırıblar.

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Müəyyən edilib ki, qeyd olunan gizli terror qruplaşması iyulun 17 də Ramazan bayramı günü əhalinin gur olduğu yerlərdə və Rusiya Müdafiə Nazirliyinin Kant şəhərindəki aviasiya bazasında terror aktları törətməyi planlaşdırıb”, deyə məlumatda bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Qazaxıstan vətəndaşı Canpolad Əmirovun rəhbəri olduğu qruplaşma İŞİD terror təşkilatının üzvü olub.

Qeyd edək ki, Bişkekdə iyulun 16-da keçirilmiş antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, daha 7-si isə saxlanılıb


Müəllif:
Загрузка...