18 İyul 2015 09:25
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Maklsfild şəhəri yaxınlığında yerləşən ağac emalı fabrikində baş vermiş silsilə partlayışlar nəticəsində 4 nəfər itkin düşüb, üç nəfər isə xəstəxanaya yerləşdirilib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, hadisə yerinə 15 yanğınsöndürən briqadası cəlb olunub. Təkrar partlayışların baş verə biləcəyi ehtimal olunur. Partlayışların baş vermə səbəbi hələlik məlum deyil.


Müəllif: