18 İyul 2015 20:37
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın xüsusi xidmət orqanları 20 il əvvəl - Vladimir Putin hələ Rusiyanın dövlət başçısı seçilməzdən öncə onu izləməyə başlayıblar.

Teleqraf.com-un TASS-a istinadən xəbərinə görə, bu barədə Londonda çıxan "Tyams" qəzetinin bu günkü sayında yer alan materialda bəhs olunur.

"Putin hələ 1990-cı illərdə Sankt Peterburq merinin müavini olarkən, Amerika kəşfiyyatı onunla maraqlanmağa başlayıb", - qəzet yazır.

Qəzet yazır ki, xüsusi xidmət orqanlarının bu fəaliyyəti o zaman Ağ Evdə başa düşülmürdü. Çünki bir- birini əvəzləyən ABŞ prezidentləri - Bill Klinton, Corc Buş və Barak Obama Rusiya ilə münasibətləri yeniləməyə söykənən xarici siyasətə üstünlük verirdilər: "Lakin o zaman elə situasiya yarandı ki, hökumətdə aşağı vəzifə tutan şəxslər Putinin maliyyə imkanları və siyasi təyinatı yönündə məlumatlar toplamağa başladılara". Lakin o, zaman bu informasiya ABŞ-ın yüksək siyasi dairələri tərəfindən tələb olunmurdu".

Nihad


Müəllif: