19 İyul 2015 00:57

Səudiyyə Ərəbistanının kralı Salman Məkkəyə həcc ziyarətinə gəlmiş Fələstinin HƏMAS hərəkatının lideri Halid Maşal ilə danışıqlar aparıb. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Maşal Fələstin məsələsində dəstəyə görə krala təşəkkürünü bildirib.


Qeyd edək ki, sonuncu dəfə Ər-Riyad və HƏMAS arasında danışıqlar dörd il əvvəl keçirilib.

Səudiyyə Ərəbistanı və Qəzza zolağını nəzarətdə saxlayan HƏMAS arasında münasibətlər son vaxtlar gərgin olub.


Müəllif:
Загрузка...