19 İyul 2015 22:07
417

Misirin Şimali Sina yarmadasının Şeyx Zuveyd bölgəsində yerləşən iki hərbi posta İŞİD tərəfindən hücum edilib.



ANS PRESS-in məlumatına görə, raket atəşləri ilə başlanan hücumda 5 əsgər ölüb.

Hücumun ardından Misir ordusu əməliyyata başlayıb. Əməliyyat nəticəsində 20 terrorçunun öldürüldüyü bildirilir. Terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.


Ötən həftə də İŞİD Misir respublikasına aid hərbi gəmini qumbaraatanla vurmuşdu. Hadisə Misirin Qəzza sərhəddinə yaxın ərazidə baş verib. Terror hasdisəsinin məsuliyyətini İŞİD-in Misirdəki təmsilçisi Sinay qruplaşması öz üzərinə götürüb. Sinay yarımadasının şimalında baş vermiş hadisə barədə İŞİD terrorçularına aid sosial şəbəkədə foto paylaşılıb. Fotoya yazılan şərhdə isə Misirə aid gəminin məhv edildiyi bildirilib.





Misir gəmisinə edilən hücum

Bir müddət əvvəl faktla bağlı açıqlama verən Misir hərbi rəsmiləri isə terrorçularla baş vermiş insident zamanı gəmidə yanğın baş verdiyini bildirmişdilər.


Misir gəmisinə edilən hücumdan başqa bir görüntü

Bir müddət əvvəl faktla bağlı açıqlama verən Misir hərbi rəsmiləri isə terrorçularla baş vermiş insident zamanı gəmidə yanğın baş verdiyini bildirmişdilər.

Müəllif: