20 İyul 2015 09:35

İqlimşünaslar müəyyənləşdiriblər ki, ötən il müşahidələrin aparıldığı 135 il ərzində ən isti il olub.

Bu məlumat ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin ənənəvi “İqlimin vəziyyəti” məruzəsində yer alıb. Məruzə 58 ölkədən 413 alimin təqdim etdiyi məlumat əsasında hazırlanıb.

İdarədən bildiriblər ki, 2014-cü ildə Avropanın 20-dən çox ölkəsində, habelə bir sıra Afrika və Asiya ölkələrində, Avstraliyada temperatur rekordları müəyyənləşdirilib.

Ötən il dünya okeanının səthinin temperaturu da artaraq rekord səviyyəyə çatıb.


Müəllif:
Загрузка...