20 İyul 2015 01:37
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici kəşfiyyat tərəfindən dinlənilməsindən qorxan ABŞ prezidenti Barak Obama 86 illik ənənəni pozub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ailəsi ilə Nyu-York şəhərinə gələn Obama ABŞ prezidentlərinin istifadə etdiyi otel əvəzinə başqa bir oteldə qalıb.

Obama Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) xəbərdarlığı ilə ABŞ prezidentlərinin 1929-cu ildən qaldığı "Waldrof Astoria" oteli əvəzinə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin yaxınlığında yerləşən "Millennium ONE UN" otelində qalıb.

MKİ-nin narahatlığının səbəbi isə "Waldrof Astoria" otelinin ötən il çinli işadamına satılmasıdır. Otel təxminən 2 milyard dollara satılıb.


Müəllif: